İnger Anderson: Binalarda enerji səmərəliliyinə və iqlimədavamlılığa diqqət yetirilməlidir nov 20, 2024 | главные новости Binalarda enerji səmərəliliyinə və iqlimədavamlılığa diqqət yetirilməlidir.”Report” xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Anderson COP29 çərçivəsində ”Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq” mövzusunda keçirilən nazirlərin görüşündə çıxışı zamanı deyib.Onun sözlərinə görə, bu, dünya əhalisinin 75 %-i şəhər aqlomerasiyalarında yaşayacağı bir dünyaya doğru getdiyi üçün çox vacib mövzudur:”Hazırda iqlim trayektoriyamız səhv istiqamətdə gedir. 2023-cü ildə istixana qazı emissiyaları azalmadı, əksinə 1,3 % artdı. Bu, onu birbaşa aşağı istiqamətə yönəltməli olduğumuz bir zamanda baş verir. İndi 2030-cu ilin sonuna doğru getdiyimiz bir vaxtda başa düşməliyik ki, 1,5 dərəcədən aşağı qalmaq üçün indidən 2030-cu ilə qədər emissiyalarımızı 41 % azaltmalıyıq. Əgər 2 dərəcəyə nail olmaq istəyiriksə, onda 28 % azaltmalıyıq”.İ.Anderson bildirib ki, atmosferə ildə 57 giqaton buraxılır və 1,5 dərəcəni keçməmək üçün 200 giqaton qalıb:”Beləliklə, qarşımızda duran vəzifə edə biləcəyimiz hər bir tədbiri görməkdir. Burada tikinti və inşaat sektoru çox vacibdir, çünki bu, istixana qazı emissiyalarının 21 %-ni təşkil edir. Bunların üçdə ikisi mövcud olduğumuz yaşayış sektorunda baş verir. Beləliklə, görüləsi işimiz var. Mövcud mənzil və infrastruktur ehtiyatını, onları daha iqlimə uyğun və az emissiyalı etmək üçün yenidən qurulması haqqında düşünməliyik”. https://report.az/cop29/inger-anderson-yasil-tikinti-binalarda-enerji-semereliliyine-ve-iqlim-davamliligina-diqqet-yetirilmelidir/