“Təəssüf ki, bəzi hallarda diaspor işinə yaşadığı yerdə heç bir ictimai çəkisi olmayan, dil bilməyən adamlar cəlb olunur. Diaspor işsiz-gücsüz, avara adamların yeri deyil, ciddi admların işidir”.

Xəzərnews.az xəbər verir ki, bu barədə Diaspora TV-yə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev danışıb.

O, bildirib ki, yeni yaranmış Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu diasporumuza dəstək verəcək, ağıllı, imkanlı, dövlətimizə töhfə verə biləcək insanların bu işə cəlb olunmasında mühüm rol oynayacaq.

Fondun yaranmasının həmvətənlərimizin marağına səbəb olduğunu dilə gətirən E.Mirzəyev bir müddət sonra təşkilatın yeni layihələri barədə məlumatın veriləcəyini qeyd edib.