“Birlikdə Güclüyük” təşkilatının təsisçisi, Niderland Krallığında kliniki psixososial və ortomolekular terapevt İlkanə Qoca yaşadığı ölkənin ən məşhur NPO 1-də KRO-NCRV kanalında yayımlanan “De Pufclub” adlı sənədli filminə çəkilib.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında İlkanə Qoca özü verib.

İ.Qoca bildirib ki, həm peşəkar, həm də diaspor fəaliyyətini izləyən niderlandlı dostları yerli cəmiyyətə belə töhfələr verdiyimiz və cəmiyyətdə sosial məsuliyyət mövzusunda iştirak etdiyimiz üçün təşşəkür ediblər.

“Verilişdə HypnoBirthing (Doğuş zamanı hipnoterapiyadan istifadə) metodunu tətbiq etdiyim xanım yalnız ana olmaq qərarını verir və ona doğuş prosesinidə enerjisini daha effektiv istifadə etmək və doğuş sancıları arasında daha səmərəli dincəlmək üsullarını təqdim etdim. Bu isə doğuşdan sonra anaya övladı ilə daha səmərəli şəkildə bağlanmağa kömək məqsədini daşıyır. Çünki ana bu üsullardan istifadə etdikdə çox yorulmur. Hətta onu doğuş zamanı dəstəkləyəcək rəfiqəsinə belə vijualizasiya yazıb təqdim etdim ki, oxuyub onun dincəlməsinə dəstək olsun. Bu doğuş prosesinin özəlliyi isə onun tək ana tərəfindən olması idi, digər iştirakçılar isə cütlüklər idi. Yəni öhdəmə düşən iş o qədər də asan deyildi. Sevinirəm ki, bacardım və bu da Niderland Krallığında daha çox izlənən Milli televiziyada 2 dəfə fərqli saatlarda yayımlandı. Niderlandda bu sahədə bir neçə min terapevt var, seçildiyim üçün çox sevindim”, — deyə İ.Qoca bildirib.

https://www.diaspora.tv/az/niderlandda-yasayan-azerbaycanli-psixososial-terapevt-meshur-tv-de-video