Xəzərnews.az xəbər verir ki, bu barədə Münhen şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumunda qərar qəbul olunub.
TV Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun media resursu kimi fəaliyyətə başlayacaq.
Bildirilib ki, bu televiziya diaspor təşkilatları arasında informasiya vakumunun yaranmasının qarşısını almaq, iş birliklərinin, dialoqların yaranmasına kömək etmək, xarici ölkələrdə dövlətimizin imicini qaldırmaq üçün müxtəlif layihələr həyata keçirmək, xaricə getmək istəyənlər üçün maarifləndirici verilişlər hazırlamaq, diaspor fəalları ilə müsahibələr, xüsusi proqramlar hazırlamaq, bacarıqlı adamları diaspor işinə cəlb etmək və s. sahələr istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, yaxın günlərdə TV ilə yanaşı onun diaspora.tv adlı saytı da fəaliyyətə başlayacaq.
Xatırladaq ki, “Diaspora TV” bir neçə il əvvələ kimi Ukraynada fəaliyyət göstərib. Onun yaradıcısı Ukrayna Ali Radası sədrinin müşaviri, Hüquq elmləri doktoru Hikmət Cavadov olub.