Qol.az-ın xəbərinə görə, 20 yaşlı hücumçu karyerasını İsveçdə davam etdirəcək. Ağdam klubundan Qol.az-a bildirilib ki, M.Qurbanlı bu gün İsveçə yola düşüb. O, sabah yüksək liqa təmsilçisi “Yurqorden” klubu ilə 3 illik müqavilə bağlayacaq. Ağdam klubunun bu transferdən 500 min avro qazanacağı bildirilir. Futbolçunun özü isə ilinə 200 min avro maaş alacaq.
“Yurqorden” hazırda davam edən İsveç çempionatında 13 oyundan 21 xalla 5-ci yeri tutur.
Qeyd edək ki, M.Qurbanlının karyerasını İsveçdə davam etdirəcəyinə dair ilk xəbəri qafqazinfo.az saytı yayıb.