İsveçdə Zəfər günü ilə əlaqədar elmi konfrans keçirildi Окт 27, 2024 | главные новости Bu gün Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə oktyabrın 26-da İsveçin Stohkolm şəhərində «Qarabağ, Qərbi Azərbaycan və Zəfərin təntənəsi» mövzusunda beynəlxalq elmi konfrans keçirilib.Bu barədə Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev bildirib.O qeyd edub ki, tədbir “International Foundation of World Azerbaijanis” (Sweden), “Congress of Azerbaijanis in Sweden” (Sweden), “Stockholm University” (Sweden), “St Petersburg University” (Russia), St. Petersburg Regional Public Organization və «Azerbaijani National Cultural Center «Chinar» (Russia) və TURKSAN (Türkiyə) təşkilatçılığı ilə baş tutub.E.Mirzəyev deyib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Qarabağ Zəfəri, Azərbaycan xalqının tarixində parlaq bir səhifə açdı:«Müzəffər Azərbaycan Ordusunun gücü və Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və strateji rəhbərliyi sayəsində işğal altında olan torpaqlarımız azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Prezident İlham Əliyevin həm diplomatiya, həm də hərbi sahədə sərgilədiyi uzaqgörən siyasət, Azərbaycanın haqq işinin dünya ictimaiyyəti tərəfindən tanınmasında həlledici rol oynadı. Qarabağ Zəfəri təkcə hərbi qələbə deyil, xalqımızın birlik və bərabərlik ruhunun, tarixi ədalətin təntənəsi kimi əbədiləşdi. Prezidentimizin «Qarabağ Azərbaycandır!» şüarı artıq gerçəkliyə çevrilib və gələcək nəsillərə böyük bir miras olaraq qalacaq».E.Mirzəyev İsveçdə belə bir tədbirin təşkil edilməsinin 8 Noyabr Qarabağ Zəfərinin anılması baxımından önəmli addım olduğunu vurğulayıb:«Tədbir təkcə elmi müzakirələr üçün deyil, həm də tariximizə, mədəniyyətimizə və milli qürurumuza sahib çıxmaq üçün bir platforma olaraq xidmət edir. Qarabağ Zəfəri, Azərbaycan xalqının birliyinin, əzminin və iradəsinin təntənəsi olmaqla yanaşı, torpaqlarımızın ədalətli şəkildə geri qaytarılmasının simvoludur. Qərbi Azərbaycanın tarixi ədalətinin bərpası məsələsi də müzakirələrimizin əsas istiqamətlərindən biridir. Bu mövzuların İsveç kimi demokratik və açıq cəmiyyətlərdə müzakirə olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.İsveç Azərbaycanlılar Konqresi olaraq, bu cür tədbirlərin ölkələr arasında qarşılıqlı anlaşmanın güclənməsinə böyük töhfə verəcəyinə inanırıq».