Diaspora.TV xəbər verir ki, T.Manafov “Gecə agenti” layihəsində iştirak etdiyini şəxsi sosial media hesabında paylaşaraq, serialdakı obrazının ”Laszlo” olacağını qeyd edib.
Aktyor bundan əvvəl “Qara siyahı” və “Bull” seriallarındakı rolları ilə tanınır.
T.Manafov həmçinin mükafatlı qısametrajlı filmlərdə rejissor, prodüser və aktyor kimi çıxış edib. Bundan əlavə, o, su polosu üzrə peşəkar idman təcrübəsinə malikdir, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edir.
Netflix statistikasına görə, sözügedən serial ilk 25 gündə 605,62 milyon saat izlənilib. Bu, platformada ən çox baxılan 6-cı serial olub. /1news.az
https://www.diaspora.tv/az/azerbaycanli-netflix-in-en-cox-baxilan-layihelerinden-birinde-rol-aldi